...

Dünyada ən güclü orduların SİYAHISI - Türkiyə 9-cu

Dünya xəbərləri Materials 7 Dekabr 2018 15:54 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri dünyanın 9-cu ən güclü ordusudur.
Dünyada ən güclü orduların SİYAHISI - Türkiyə 9-cu

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələri dünyanın 9-cu ən güclü ordusudur. Bu barədə Trend “Business Insider” jurnalına istinadən məlumat verir.

Məlumata əsasən, güclü orduların siyahısına ABŞ başçılıq edir.

İkinci yerdə Rusiya, üçüncü - Çin, dördüncü - Hindistan, beşinci - Fransa, altıncı - Britaniya, yeddinci - Şimali Koreya, səkkizinci yerdə isə Yaponiyadır.

Türkiyə SQ-dən sonra isə güclü ordulara Almaniya, İtaliya, Misir və İran sahibdir.

207 qırıcı təyyarə, 2446 tank, 194 gəmi və digər hərbi texnikalara malik Türkiyə ordusunun müdafiə büdcəsi 10,2 milyard dollar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti