Bakı. Trend:
Meksikanın Vilyaeroms şəhərində uşaq xəstəxanasının işçilərinin ödənilməyən əmək haqlarının ödənilməsi tələbi ilə keçirdikləri etiraz aksiyasının ardınca şəhərin qubenatorunun arvadını girov götürüblər.
Trend-in məlumatına görə, qubernatorun həyat yoldaşı 6 saat girov qalıb. O, yerli polis qüvvələri tərəfindən etirazçıların əlindən azad edilib, heç bir xəsarət almayıb.
Etirazçıların həmçinin prokurorluğun iki avtomobilinin şüşələrini sındırdıqları bildirilir.
Məlumata görə, etiraz edən tibbi müəssisənin işçilərinə ödəniləcək məbləğ 200 milyon pesodan (10 milyon dollar) çoxdur.