Bakı. Trend:
İran prezidenti Həsən Ruhani Türkiyəyə rəsmi səfərə gəlib.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, İran prezidentini və onu müşayiət edən nümayəndə heyətini Ankaranın Esenboğa hava limanında Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində İran prezidenti Həsən Ruhani Türkiyə-İran yüksək səviyyəli əməkdaşlıq şurasının 5-ci iclasında iştirak edəcək.