Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 04:16-da yayılıb)
Bakı. Trend:
İndoneziyanın Sunda boğazı sahillərində sunami baş verib.
Trend-in İndoneziyanın Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli idarəsinin saytına istinadən verdiyi məlumata görə, sunami nəticəsində ölənlərin sayı 43 nəfər çatıb.
Bundan əlavə, 584 nəfər xəsarət alıb, 2 nəfər isə itkin düşüb.
XXX
04:16
İndoneziyanın Sunda boğazı sahillərində sunami baş verib.
Trend-in məlumatına görə, bu barədə İndoneziyanın Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli idarəsinin saytında bildirilir.
Məlumata əsasən, sunami nəticəsində azı 20 nəfər həlak olub, 165 nəfər isə xəsarət alıb. Bundan əlavə, 2 nəfərin itkin düşdüyü qeyd olunur.
Bildirilir ki, həlak olanların sayı arta bilər.