Bakı. Trend:
Omanın Mahut əyalətində iki minik avtomobili toqquşub.
Trend-in məlumatına görə, toqquşma nəticəsində avtomobillərdən biri alışıb və avtomobil yolu bir müddətlik bağlanıb.
Qəza nəticəsində 7 nəfər həlak olub. Onlardan 5-i Oman vətəndaşı 2-i isə xarici ölkə vətəndaşı olub.
Toqquşmanın səbəbi və digər təfərrüatlar barədə məlumat verilmir.