...

İndoneziyada 5,8 bal zəlzələ olub

Dünya xəbərləri Materials 28 Dekabr 2018 13:03 (UTC +04:00)

Bakı. Trend:

İndoneziyada güclü zəlzələ baş verib. Trend-in məlumatına görə, ABŞ Geoloji Xidməti yeraltı təkanların Yeni Qvineya adasının İndoneziyaya aid hissəsində 5,8 bal gücündə qeydə alındığını bildirib.

Gecə saatlarında baş vermiş zəlzələnin dərinliyi 55, 6 kilometr olub.

İnsan tələfatı və dağıntılar barədə hələlik məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti