...

Türkiyə və Venesuela prezidentləri arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 8 Yanvar 2019 00:15 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Venesuela prezidenti Nikolas Maduro arasında telefon danışığı olub
Türkiyə və Venesuela prezidentləri arasında telefon danışığı olub

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Venesuela prezidenti Nikolas Maduro arasında telefon danışığı olub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsinə hazır olduqlarını vurğulayıblar.

Türkiyə prezidenti Venesuela prezidentinin andiçmə mərasimində iştirak etmək üçün dəvətə görə Nikolas Maduroya minnətdarlığını və mərasimdə sıx qrafik səbəbindən iştirak edə bilməyəcəyinə görə təəssüfləndiyini bildirib.

T.Ərdoğan əlavə edib ki, Türkiyəni mərasimdə ölkənin vitse-prezidenti Fuat Oktay təmsil edəcək.

Türkiyə lideri həmçinin vurğulayıb ki, Türkiyə Venesuelada sabitlik, sülh və rifahın təmin edilməsinə böyük əhəmiyyət verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti