...

İranda güclü qar və çovğun - 1800 nəfərə yardım edilib

Dünya xəbərləri Materials 15 Yanvar 2019 13:00 (UTC +04:00)
İranın 14 vilayətində güclü qar və çovğun baş verib. Dağlıq ərazilər və yollarda 1800 vətəndaşa köməklik göstərilib.
İranda güclü qar və çovğun - 1800 nəfərə yardım edilib

Bakı. Elnur Bağışov - Trend:

İranın 14 vilayətində güclü qar və çovğun baş verib. Dağlıq ərazilər və yollarda 1800 vətəndaşa köməklik göstərilib.

Trend-in məlumatına görə, bunu İranın Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.

Onun sözlərinə görə, ötən 48 saat ərzində 14 vilayət - Həmədan, Mazandaran, Lorestan, Kürdüstan, Qəzvin, Simnan, Zəncan, Xuzistan, Çahar-Mahal və Bəxtiyari, Əlborz, İsfahan, Ərdəbil, Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətində güclü qar yağıb və çovğunlar baş verib.

Səlimi əlavə edib ki, çoxlu sayda insan müvəqqəti məkanlarda yerləşdirilib. 275 avtomobil isə qardan çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti