...

Kerç boğazında iki gəmidə baş verən yanğın nəticəsində 9 nəfər ölüb

Dünya xəbərləri Materials 21 Yanvar 2019 22:23 (UTC +04:00)
Azov dənizi ilə Qara dənizi birləşdirən Kerç boğazında iki gəmidə baş verən yanğın nəticəsində 9 nəfər ölüb.
Kerç boğazında iki gəmidə baş verən yanğın nəticəsində 9 nəfər ölüb

Bakı. Trend:

Azov dənizi ilə Qara dənizi birləşdirən Kerç boğazında iki gəmidə baş verən yanğın nəticəsində 9 nəfər ölüb.

Trend-in məlumatına görə, gəmilər Tanzaniya bayrağı altında üzürdü. Ehtimal olunur ki, yanğından öncə gəmilərdən birində partlayış baş verib.

"Kandiy" gəmisində 17 nəfər olub, onlardan 9-u Türkiyə, 8-i isə Hindistan vətəndaşıdır, digər gəmi "Maestro"da isə 14 nəfər olub, onlardan 7-si Türkiyə, 7-si Hindistan vətəndaşıdır.

Hadisə yerində xilasedicilər işləyir.

Xəbər lenti

Xəbər lenti