...

Tramp ölkədə şatdaunun başa çatdığını elan edib - RƏSMİ

Dünya xəbərləri Materials 26 Yanvar 2019 00:19 (UTC +04:00)
ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında demokratlarla razılaşmanın əldə olunduğunu və şatdaunun başa çatdığını bəyan edib.
Tramp ölkədə şatdaunun başa çatdığını elan edib - RƏSMİ

Bakı. Tural Turan - Trend:

ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında demokratlarla razılaşmanın əldə olunduğunu və şatdaunun başa çatdığını bəyan edib.

Trend-in məlumatına görə, Tramp dövlət qurumlarının yenidən işi bərpa edəcəklərini bildirib.

Onun sözlərinə görə, razılaşma 3 həftə üçün nəzərdə tutulub və hökümət 15 fevrala qədər çalışacaq.

Xatırladaq ki, ən uzunmüddətli şatdaun artıq 34 gündür ki, davam edir. 800 minə yaxın dövlət qulluçusu maaşsız qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti