...

Britaniya parlamenti "Brexit" sazişi üzrə 13 fevral təkrar səs verəcək

Dünya xəbərləri Materials 29 Yanvar 2019 04:16 (UTC +04:00)
Böyük Britaniya parlamentində fevralın 13-ü "Brexit"in şərtləri haqqında saziş üzrə təkrar səsvermə keçiriləcək
Britaniya parlamenti "Brexit" sazişi üzrə 13 fevral təkrar səs verəcək

Bakı. Trend:

Böyük Britaniya parlamentində fevralın 13-ü "Brexit"in şərtləri haqqında saziş üzrə təkrar səsvermə keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey hakim Mühafizəkarlar Partiyasının deputatlarına bildirib.

Qeyd edək ki, Birləşmiş Krallığın Avropa İttifaqında gələcək üzvlük məsələsinə dair referendum 2016-cı ilin 23 iyulunda keçirilib. Referendumda "Brexit" tərəfdaşları 51,9 faiz nəticə ilə qalib gəliblər. Referendumun nəticəsinə görə Böyük Britaniya martın 29-u Avropa İttifaqından rəsmi olaraq çıxmalıdır. Britaniya parlamentinin İcmalar palatası yanvarın 15-i Avropa İttifaqı ilə "Brexit"in şərtləri haqqında sazişi rədd edib.

Xəbər lenti

Xəbər lenti