...

ABŞ-Çin ticarət danışıqlarının növbəti raundunun keçiriləcəyi tarix və yer bəlli oldu

Dünya xəbərləri Materials 29 Yanvar 2019 05:15 (UTC +04:00)
ABŞ və Çin arasında ticarət danışıqlarının növbəti raundu 30-31 yanvar Vaşinqtonda keçiriləcək
ABŞ-Çin ticarət danışıqlarının növbəti raundunun keçiriləcəyi tarix və yer bəlli oldu

Bakı. Trend:

ABŞ və Çin arasında ticarət danışıqlarının növbəti raundu 30-31 yanvar Vaşinqtonda keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Məlumatda bildirilir: "Bu gün prezidenti Donald Tramp elan edib ki, Birləşmiş Ştatlar 30-31 yanvar silsilə görüşlər üçün Çinin rəsmi nümayəndə heyətini qəbul edəcək. Görüşlər zamanı iki ölkənin ticarət münasibətləri müzakirə ediləcək".

Bildrilir ki, ABŞ-ı görüşlərdə ölkənin ticarət danışıqlarında nümayəndəsi Robert Laythayzer, maliyyə naziri Stiven Mnuçin, ticarət naziri Uilbur Ross, Ağ Evin Milli İqtisadiyyat Şurasının rəhbəri Lourens Kadlou və Ağ Ev yanında Ticarət üzrə Milli Şuranın rəhbəri Piter Navarro təmsil edəcəklər.

Xəbər lenti

Xəbər lenti