...

Dünyanın ən təhlükəsiz ölkələrinin SİYAHISI hazırlandı

Dünya xəbərləri Materials 30 Yanvar 2019 11:03 (UTC +04:00)
2019-cu il üzrə planetin ən təhlükəsiz ölkələrinin siyahısı açıqlanıb.
Dünyanın ən təhlükəsiz ölkələrinin SİYAHISI hazırlandı

Bakı. Trend:

2019-cu il üzrə planetin ən təhlükəsiz ölkələrinin siyahısı açıqlanıb. Trend-in məlumatına görə, "Global Finance" jurnalı tərəfindən hazırlanan reytinqə 128 ölkə daxil edilib.

Ən təhlükəsiz ölkə İslandiya seçilib. Növbəti yerlərdə isə ardıcıl olaraq İsveçrə və Finlandiya qərarlaşıb. İlk iyirmiliyə Qətər, Sinqapur, Yeni Zelandiya və Kanada kimi ölkələr də daxil olub.

Dünyanın ən təhlükəli ölkələri isə Qvatemala, Yəmən və Filippin adaları hesab edilib.

Qeyd edək ki, reytinq hazırlanan zaman hərbi münaqişələrin mümkünlüyü, cinayətkarlıq səviyyəsi və vətəndaşların şəxsi təhlükəsizliyi, iqtisadi inkişaf səviyyəsi və təbii fəlakətlər dərəcəsi də nəzərə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti