...

Rusiyada avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 3 Fevral 2019 17:02 (UTC +04:00)
Rusiyanın Kaluqa vilayətində uşaqları daşıyan avtobus qəzaya uğrayıb
Rusiyada avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var

Bakı. Trend:

Rusiyanın Kaluqa vilayətində uşaqları daşıyan avtobus qəzaya uğrayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, avtobusun aşması nəticəsində 4-ü uşaq olmaqla 7 nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb.

Xəsarət alanlar müxtəlif xəstəxanalara yerləşdirilib. Onlardan 27-nin uşaq olduğu bildirilir.

Qeyd edilir ki, avtobusda olan uşaqlar yarışmada çıxış etmək üçün filarmoniyaya gedirmiş.

Xəbər lenti

Xəbər lenti