...

ABŞ və KXDR nümayəndələri Tramp-Kim sammitindən öncə yenidən görüşəcəklər

Dünya xəbərləri Materials 9 Fevral 2019 08:28 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Stiven Bigen KXDR-nın ABŞ üzrə siyasətinə dair dövlət şurasının xüsusi nümayəndəsi Kim Xyok Çxol ilə yenidən görüşəcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin S.Bigenin KXDR-ya səfərinin yükunları üzrə bəyanatında deyilir.

Bəyanatda deyilir: "Xüsusi nümayəndə Bigen və xüsusi nümayəndə Kim prezident Tramp və sədr Kim arasında keçiriləcək görüşdən öncə yenə görüşmək barədə razılığa gəliblər".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp fevralın 6-sı Senat və Konqresin Nümayəndələr Palatası qarşısında "Ölkənin vəziyyəti haqqında" illik müraciətlə çıxışı zamanı Koreya Xalq Demokratik Respublikası lideri Kim Çen Inla 27-28 fevral tarixlərində görüşəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti