...

Makedoniyada sərnişin avtobusu qəzaya uğrayıb: 13 ölü, 30 yaralı

Dünya xəbərləri Materials 14 Fevral 2019 03:22 (UTC +04:00)

Bakı. Trend:

Şimali Makedoniya Respublikasında sərnişin avtobusunun qəzaya uöraması nəticəsində 13 nəfər həlak olub.

Trend-in "Agence France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin səhiyyə naziri Venko Filipçe bildirib.

Bundan əlavə bildirilir ki, 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanalara yerləşdirilib.

Qeyd edilir ki, qəza saat 20:00 (GMT+4) radələrində baş verib, avtobus Skopye şəhəri yaxınlığında yoldan kənara çıxaraq aşıb. Qəzanın səbəbi araşdırılır.

Xəbər lenti

Xəbər lenti