Bakı. Tural Turan - Trend:
İstanbulun “Metris” qapalı tipli cəzaçəkmə müəssisəsində yanğın qeydı alınıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində 3 məhkum və 1 həbsxana məmuru dumandan zəhərlənib
Hadisə yerinə çoxlu sayda təcili yardm briqadaları, yanğınsöndürənlər və polislər cəlb edilib. Ərazi nəzarətə götürülüb, xəsarət alanlar artıq xəstəxanaya yerləşdirilib.
Yanğının səbəbi bilinmir. Faktla bağlı araşdırma aparılır.