...

Yaponiyada quş fermasında yanğın: minlərlə cücə tələf olub

Dünya xəbərləri Materials 18 Fevral 2019 06:58 (UTC +04:00)
Yaponiyada quş fermasında yanğın: minlərlə cücə tələf olub
Yaponiyada quş fermasında yanğın: minlərlə cücə tələf olub

Bakı. Tural Turan - Trend:

Yaponiyanın Honsü adasında, Omitama şəhərində yerləşən quş fermasında böyük yanğın baş verib. Trend-in məlumatına görə, yanğın nəticəsində minlərlə cücə tələf olub.

Yanğın bazar günü axşam saatlarında baş verib. Fermanın 4 tikilisi tamamilə yanıb.

Hazırda yanğın söndürülüb. Hadisənin səbəbi məlum deyil. Fermanın əməkdaşları yanğın nəticəsində xəsarət almayıb.

Polisin verdiyi məlumata əsasən, quş fermasında təxmini 80 min toyuq-cücə saxlanılırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti