Kuril adalarının adının dəyişdirilməsi təklif edilib

Dünya xəbərləri Xəbər 1 Mart 2019 11:43 (UTC +04:00)

Bakı. Trend:

Rusiyalı deputat Kuril adalarının adının dəyişdirilməsini təklif edib.

Trend-in məlumatına görə, “Ədalətli Rusiya” partiyasının rəhbəri Sergey Mironov Kuril adalarının Rusiyaya məxsusluğunu vurğulamaq üçün bölgənin adının "Russkie" olaraq dəyişdirilməsini təklif edib.

O bildirib ki, Kuril adalarını rusiyalı kazaklar kəşf edib və bütün bu illər ərzində adalar Rusiyaya məxsus olub.

Qeyd edək ki, Kuril adaları Rusiya ilə Yaponiya arasında mübahisə mövzusudur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti