...

Sel və çovğun İranın 25 vilayətində həyatı iflic etdi

Dünya xəbərləri Materials 2 Mart 2019 12:17 (UTC +04:00)

Bakı. Elnur Bağışov – Trend:

İranın 25 vilayəti daşqınlar və çovğunla üzləşib.

Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və xilasetmə təşkilatının sədri Murtaza Səlimi deyib.

O bildirib ki, ötən 72 saat ərzində Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, İsfahan, Əlborz, İlam, Buşəhr, Tehran, Çahar-Mahal və Bəxtiyari, Cənubi Xorasan, Xuzistan, Zəncan, Simnan, Sistan və Bəluçistan, Fars, Qəzvin, Kürdüstan, Kirman, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gülüstan, Lorestan, Mazandaran, Hörmüzgan, Həmədan və Yəzd vilayətlərinin bəzisi sel, bəzisi isə çovğunla üzləşib.

M.Səlimi əlavə edib ki, indiyədək 122 şəhər, kənd və dağlıq ərazilərdə 7290 nəfərə yardım edilib: "404 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib. Ümumilikdə 18 nəfər müalicə mərkəzlərinə çatdırılıb. 689 avtomobil qardan çıxarılıb, 100 ev sel sularından təmizlənibboşaldılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti