Bakı. Trend:
Əlcəzairin paytaxtında etiraz aksiyalarının miqyası artır.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, mərkəzi meydanlarda və küçələrdə etirazçıların sayı durmadan artır. Ən böyük mitinqlərdən birinin keçirildiyi Oden meydanında hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı artırılır.
Bildirilir ki, şəhərdə müvəqqəti olaraq metro fəaliyyətini dayandırıb. Polis əməkdaşları etirazçıların prezident administrasiyasına yaxınlaşmasının qarşısı almaq üçün əsas küçələri bağlayır.
Küçə aksiyaları həmçinin Oran, Annaba, Tlemsen, Mostaqanem, Skikda, Tizi-Uzu, Quelma, Tiaret, Uarqla, Buira, Borc-Bu-Arreric, Um-əl-Buaqi, Maskara və bir neçə digər şəhərlərdə keçirilir.