...

AK və Britaniya İrlandiya sərhədi üzrə sənədi razılaşdırıblar

Dünya xəbərləri Materials 12 Mart 2019 04:26 (UTC +04:00)
Avropa Komissiyasının (AK) rəhbəri Jan-Klod Yunker və Böyük Britaniyanın baş naziri Tereza Mey "Brexit" çərçivəsində İrlandiya sərhədinə dair sənədi razılaşdırıblar
AK və Britaniya İrlandiya sərhədi üzrə sənədi razılaşdırıblar

Bakı. Trend:

Avropa Komissiyasının (AK) rəhbəri Jan-Klod Yunker və Böyük Britaniyanın baş naziri Tereza Mey "Brexit" çərçivəsində İrlandiya sərhədinə dair sənədi razılaşdırıblar.

Trend-in məlumatına görə, bu barədə Jan-Klod Yunker Strasburqda keçirilən T.Mey ilə birgə mətbuat konfransında deyib.

AK-nın rəhbəri bildirib: "Bu gün baş nazir və mən ayrılma üzrə razılaşmaya dair birgə məcburiyyət qoyan hüquqi sənəd barədə razılığa gəldik. Bu sənəd "backstop"un təbiəti haqqında izahlar və hüquqi təminatlar verir... Bu sənəd razılaşmanın təkrar açılmaması ilə ona əlavə edilir".

Bunda əlavə Jan-Klod Yunker Avropa Şurasına bazar ertəsi Brexit üzrə hazırlanan sənədləri Britaniya parlamenti təsdiq etdikdən sonra təsdiqləməyi tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti