Bakı. Trend:
Hindistanın cənub-qərbindəki Karnataka ştatında bina çöküb.
Trend-in məlumatına görə, hadisə nəticəsində azı 1 nəfər həlak olub.
Təxminən 90 nəfərin dağıntılar altında qaldığı deyilir. Qeyd olunur ki, bina çökən zaman onun mağazalar yerləşən birinci və ikinci mərtəbələrində təxminən 150 nəfər olub.
Hazırda hadisə yerində xilasedicilər işləyir. Bununla belə, ölü sayının artması istisna olunmur.