...

İraqda bərə qəzaya uğrayıb: 71 ölü (YENİLƏNİB-2)

Dünya xəbərləri Materials 21 Mart 2019 20:26 (UTC +04:00)
İraqın Mosul şəhəri yaxınlığında Tiqr çayında bərə qəzaya uğrayıb
İraqda bərə qəzaya uğrayıb: 71 ölü (YENİLƏNİB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:58-də yayılıb)

Bakı. Trend:

İraqın Mosul şəhəri yaxınlığında Tiqr çayında bərə qəzaya uğrayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə İraqın daxili işlər naziri Saad Maan bildirib.

S.Maan deyib: "Hazırda xilas edilənlərin sayı 55 nəfər təşkil edib, onlardan 19-u uşaqdır. Hadisə nəticəsində 71 nəfər həlak olub, onların arasında - kişilər, qadınlar və uşaqlar var".

XXX

19:10

İraqın Mosul şəhəri yaxınlığında Tiqr çayında bərə qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bərənin qəzaya iğraması nəticəsində ölənlərin sayı 60 nəfər çatıb.

XXX

17:58

İraqın Mosul şəhəri yaxınlığında bərə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə "RİA Novosti"yə ölkənin təhlükəsizlik xidmətlərindəki mənbə bildirib.

Onun sözlərinə görə, bərənin qəzaya uğraması nəticəsində 45 nəfər həlak olub: "Axtar və xilasetmə işlər davam etdirilir".

Xəbər lenti

Xəbər lenti