...

Türkiyədə yaşayış binasında yanğın olub, xəsarət alanlar var

Dünya xəbərləri Materials 31 Mart 2019 12:51 (UTC +04:00)
Türkiyənin Elazığ əyalətində beşmərtəbəli yaşayış binasında yanğın baş verib
Türkiyədə yaşayış binasında yanğın olub, xəsarət alanlar var

Bakı. Trend:

Türkiyənin Elazığ əyalətində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, binanın birinci mərtəbəsində mənzillərdən birində baş verən yanğın nəticəsində 11 nəfər xəsarət alıb. Onlardan 5-nə hadisə yerində tibbi yardım göstərilib, 6 nəfər isə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər briqadası yanğını söndürüb. Yanğının səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti