Bakı. Trend:
Niderlandda avqustun 1-dən məktəblərdə, xəstəxanalarda, hökümət binalarında və ictimai nəqliyyatda üzü bağlayan geyimlər qadağan olunacaq.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə qərar 2016-ci ildə milli parlamentin aşağı palatası tərəfindən qəbul olunub və 2018-ci ilin iyun ayında sənədi Senat təsdiqləyib.
Qanunu pozan hər bir şəxs 410 avro cərimə ödəməli olacaq.