...

Dünya əhalisinin sayı açıqlanıb

Dünya xəbərləri Materials 2 Aprel 2019 19:45 (UTC +04:00)
2050-ci ilə qədər əhali daha 2 milyard arta bilər.
Dünya əhalisinin sayı açıqlanıb

Bakı. Trend:

2019-cu ildə dünyada əhalinin sayı 7,7 milyarda çatıb, 2050-ci ilə qədər isə bu rəqəm daha 2 milyard arta bilər.

Trend-in məlumatına görə, bu barədə BMT-nin hesabatında deyilir.

Hesabatda bildirilir ki, əhalinin artım tempi azalsa da, davam edir. XXI sərin sonuna qədər planetdə 11 milyard əhalinin yaşayacağı proqnozlaşdırılır.

Hesabata əsasən şəhər əhalisinin sayı yaxın 30 ildə hazırki 56 faizdən 68 faizə qədər artacaq. Hazırda orta ömür müddəti 72,3 ildirsə, 2030-cu ilə qədər bu göstərici 74,3 il olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti