...

BMT TŞ Liviyadakı gücləri hərbi toqquşmadan yayınmağa çağırıb

Dünya xəbərləri Materials 6 Aprel 2019 02:15 (UTC +04:00)
BMT Təhlükəsizlik Şurası feldmarşal Xəlifə Xəftarın təbeliyində olan Liviya Milli Ordusunu hərbi toqquşmadan yayınmağa çağırır
BMT TŞ Liviyadakı gücləri hərbi toqquşmadan yayınmağa çağırıb

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurası feldmarşal Xəlifə Xəftarın təbeliyində olan Liviya Milli Ordusunu hərbi toqquşmadan yayınmağa çağırır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə BMT Təhlükəsizlik Şurasının Liviya ilə bağlı qapalı keçirilən təcili iclasının yekunları üzrə bəyanatda deyilir. Bəyanat Təhlükəsizlik Şurasının aprel ayında sədri - Almaniyanın daimi nümayəndəsi Kristof Hoyqsen tərəfindən oxunub.

K.Hoyqsen deyib: "Təhlükəsizlik Şurası Liviyadakı hərbi fəallıqdan narahatlığını bildirib. Təhlükəsizlik Şurasının üzvləri milli ordunun qoşunlarını toqquşmadan yayınmağa çağırırlar. Münaqişənin həllinin hərbi yolu ola bilməz".

Xəbər lenti

Xəbər lenti