...

ABŞ-ın daxili təhlükəsizlik nazirinin müavini istefa verib

Dünya xəbərləri Materials 10 Aprel 2019 07:43 (UTC +04:00)
ABŞ-ın daxili təhlükəsizlik naziri Kirsten Nilsenin ardında müavini Kler Qleydi istefa ərizəsini verib.
ABŞ-ın daxili təhlükəsizlik nazirinin müavini istefa verib

Bakı. Trend:

ABŞ-ın daxili təhlükəsizlik naziri Kirsten Nilsenin ardında onun müavini Kler Qleydi istefa ərizəsini yazıb.

Trend-in məlumatına görə, bunu Kirsten Nilsen deyib. "Nazir müavini vəzifələrini icra edən Kler Qleydi prezidentə sabahdan etibarən istefa barədə ərizə ilə müraciət edib", - deyə Nilsen "Tvitter"də bildirib.

Xatırladaq ki, daha öncə ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin başçısı Kirsten Nilsen vəzifəsini tərk edib. Nilsen bu barədə özü prezident Donald Trampa müraciət edib.

Tramp öz növbəsində bildirib ki, nazirin vəzifələrini müvəqqəti olaraq Kevin Makalinan yerinə yetirəcək. "Daxili təhlükəsizlik naziri Kirsten Nilsen öz postunu tərk edir, xidmətinə görə ona təşəkkürümü bildirmək istərdim", - deyə Tramp özünün "Tvitter" səhifəsində yazıb.

Kirsten Nilsen öz postunu bu gün tərk edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti