...

Mey: Böyük Britaniya tez bir zamanda Aİ-ni tərk etməlidir

Dünya xəbərləri Materials 11 Aprel 2019 10:19 (UTC +04:00)
Böyük Britaniyanın Baş naziri Tereza Mey deyib ki, ölkəsi Avropa İttifaqını tez bir zamanda tərk edəcək.
Mey: Böyük Britaniya tez bir zamanda Aİ-ni tərk etməlidir

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Tereza Mey deyib ki, ölkəsi Avropa İttifaqını tez bir zamanda tərk edəcək.

Trend-in məlumatına görə, Baş nazir bunu Aİ-nin fövqəladə sammitinin yekunlarına dair mətbuat konfransında bildirib. T.Mey bildirib ki, Britaniya Parlamentinin mövqeyi üzündən bunun hələ də baş verməməsindən təəssüf edir.

O deyib: "Mən Avropa İttifaqından çıxmaq üçün 3 dəfə səs vermişəm. Əgər yanvarda mənimlə bərabər yetərincə deputat yekdilliklə səs versəydi, biz artıq Avropa İttifaqında olmazdıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti