...

Qırğızıstanda "svinka"ya yoluxanların sayı 300 nəfəri keçib

Dünya xəbərləri Materials 18 Aprel 2019 09:34 (UTC +04:00)

Bakı. Trend:

Qırğızıstanda bu ilin əvvəlindən 302 nəfər epidemik parotit (qulaqdibi) xəstəliyinə yoluxub.

Trend-in məlumatına görə, ötən il eyni müddət ərzində yalnız 64 yoluxma halı qeydə alınmışdı.

Bişkek Sanitar-Epidemiologiya Nəzarət Xidmətinin hesabatında deyilir ki, bu xəstəliyə yoluxmanın artmasına səbəb peyvənd olunan şəxslərin sayının azalmasıdır.

Qeyd olunur ki, parotitə yoluxanların 71 faizdən çoxu peyvənd olunmamış şəxslərdir.

Hesabatda o da vurğulanır ki, ölkədə hər il peyvəndlərdən imtina halları artır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti