...

Hindistanda parlament seçkilərinin ikinci mərhələsi başlayıb

Dünya xəbərləri Materials 18 Aprel 2019 08:39 (UTC +04:00)
Hindistanın 11 ştatı və bir müttəfiq ərazisində yerli vaxtla saat 07:00-da parlament seçkilərinin ikinci mərhələsi başlayıb
Hindistanda parlament seçkilərinin ikinci mərhələsi başlayıb

Bakı. Trend:

Hindistanın 11 ştatı və bir müttəfiq ərazisində yerli vaxtla saat 07:00-da parlament seçkilərinin ikinci mərhələsi başlayıb.

Trend-in məlumatına görə, səsvermə 95 seçki dairəsində keçiriləcək. Seçkilərdə 1629 namizəd iştirak edir.

Dairələrin əksəriyyətində səsvermə yerli vaxtla saat 18:00-da bitəcək.

Səsvermədə təxminən 160 milyon seçici iştirak edə bilər.

Bildirilir ki, seçkilər 7 mərhələdən ibarətdir: 11 aprel, 18 aprel, 23 aprel, 29 aprel, 6 may, 12 may və 19 may tarixlərində.

Səslərin hesablanması mayın 23-nə qədər bitməlidir.

Xəbər lenti

Xəbər lenti