...

Meksikada zavodda yanğın baş verib

Dünya xəbərləri Materials 21 Aprel 2019 07:09 (UTC +04:00)

Bakı. Trend:

Meksikanın Toluka şəhərində (Mexiko ştatı) tullantıların emalı zavodunda yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın yerli vaxtla şənbə günü 16:00-da başlayıb. Onun söndürülməsində 12 yanğınsöndürmə briqadası iştirak edir. Hələlik yanğını söndürmək mümkün olmayıb.

Xəsarət alan barədə məlumat yoxdur. Yanğının səbəbləri məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti