...

Ərdoğan tezliklə Trampla görüşəcəyini bəyan edib

Dünya xəbərləri Materials 24 Aprel 2019 09:40 (UTC +04:00)
Ərdoğan tezliklə Trampla görüşəcəyini bəyan edib.
Ərdoğan tezliklə Trampla görüşəcəyini bəyan edib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə ABŞ Prezidenti Donald Trampla görüşəcəyini bəyan edib.

Trend-in məlumatına görə, bu barədə R.T.Ərdoğan Ankarada jurnalistlərə bildirib.

Dövlət başçısı deyib ki, görüş D.Trampın təşəbbüsü ilə baş tutacaq.

Qeyd edək ki, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın rəsmi Ankaranın ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfər edəcəyinə ümid etdiyini bildirmişdi. Onun sözlərinə görə, ABŞ Prezidenti Administrasiyasından da D.Trampın cari il ərzində Türkiyəyə səfərini istisna etmirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti