...

Sietlda tikinti kranı aşıb, ölənlər var

Dünya xəbərləri Materials 28 Aprel 2019 07:13 (UTC +04:00)
ABŞ-ın Sietl şəhərində (Vaşinqton ştatı) tikinti kranı avtomobil yoluna aşıb
Sietlda tikinti kranı aşıb, ölənlər var

Bakı. Trend:

ABŞ-ın Sietl şəhərində (Vaşinqton ştatı) tikinti kranı avtomobil yoluna aşıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə şəhərin yanğınsöndürmə departamentinin "Twitter" səhifəsində bildirilir.

Məlumata əsasən, hadisə nəticəsində 4 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Bundan əlavə bir neçə avtomobilə zərər dəyib.

İnsidentin səbəbi barədə məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti