...

Kanadada selə görə 7,7 mindən çox adam evini tərk etməli oldu

Dünya xəbərləri Materials 29 Aprel 2019 00:24 (UTC +04:00)

Bakı. Trend:

Kanadanın Kvebek əyalətində 7,7 mindən çox adam sel nəticəsində çayların daşması səbəbindən evlərini tərk etməli olub

Trend-in məlumatına görə, onlar arasında xəsarət alan olmayıb, həyatlarına heç bir təhlükə yoxdur. Bu barədə ictimai təhlükəsizlik naziri Jenevyev Qibo deyib.

Xüsusilə, Monreal şəhərinin 50 km şərqindəki yerləşən Saint-Mart-sur-le-Lac şəhərində bir neçə min nəfər təcili evakuasiya olunub.

Daha əvvəl Monrealın 140 km qərbində Ruj çayı üzərində bir bəndin dağılması təhlükəsi barədə bildirilmişdi. Təhlükəli ərazidən təxminən 250 sakin çıxarılıb.

Quebekdə seldən 5,5 mindən çox yaşayış binası zərər görüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti