...

İstintaq Komitəsi: "Şeremetyevo"da təyyarənin alışması nəticəsində ölənlərin ikisi uşaqdır

Dünya xəbərləri Materials 6 May 2019 01:27 (UTC +04:00)
Moskvanın Şeremetyevo hava limanında qəza enişi edən təyyarədə baş verən yanğın nəticəsində ölənlərdən ikisi uşaqdır.
İstintaq Komitəsi: "Şeremetyevo"da təyyarənin alışması nəticəsində ölənlərin ikisi uşaqdır

Bakı. Trend:

Moskvanın "Şeremetyevo" hava limanında qəza enişi edən təyyarədə baş verən yanğın nəticəsində ölənlərdən ikisi uşaqdır.

Trend-in məlumata əsasən, bunu Rusiyanın İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

Qeyd edək ki, dünən Moskvanın "Şeremetyevo" hava limanında "Sukhoi Superjet 100" təyyarəsində yanğın baş verib. Son məlumatlara əsasən, hadisə nəticəsində 13 nəfər həlak olub.

Göyərtəsində 78 nəfər olan təyyarə Moskvadan Murmanska uçurdu. "Şeremetyevo" hava limanında qəza enişi etdikdən sonra isə "Sukhoi Superjet 100" alışıb.

Təyyarənin ekipajı bildirib ki, yanğın təyyarəni ildırım vurduğuna görə baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti