...

Meksikada təyyarə qəzaya uğrayıb: 14 nəfər həlak olub (YENİLƏNİB)

Dünya xəbərləri Materials 7 May 2019 00:07 (UTC +04:00)
Meksikada təyyarənin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub
Meksikada təyyarə qəzaya uğrayıb: 14 nəfər həlak olub (YENİLƏNİB)

İlk xəbər saat 23:00-da yayımlanıb

Bakı. Trend:

Meksikada təyyarənin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub.

Xilasedicilər Meksika qəzaya uğrayan Bombardier Challenger 601 təyyarəsinin dağıntılarını tapıb və 14 nəfərin ölümünü təsdiq ediblər.

Trend-in məlumatına görə, təyyarə Meksikanın Koauila ştatında Monklova bələdiyyəsinin ərazisində tapılıb, təyyarənin 11 sərnişini və 3 heyət üzvləri həlak olub.

XXX

23:00

Bombardier Challenger 601 özəl reaktiv təyyarəsi ABŞ-ın Las Veqas ştatından Meksikanın Nuevo Leon ştatındakı Monterrey şəhəri istiqamətində üçuşu zamanı itib.

Sonuncu dəfə pilot dispetçerlə əlaqəni təyyarənin, Koauila ştatında olan zaman saxlamışdı.

Məlumata əsasən, təyyarədə 18 nəfər və üç heyət üzvü var idi.

Koauila ştatının hakimiyyəti təyyarənin axtarışlarına xilasedicilər və hərbçilər cəlb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti