...

Ekvadorda universitetin dayanacağında avtomobil partlayıb

Dünya xəbərləri Materials 8 May 2019 05:23 (UTC +04:00)
Ekvadorun Quayakil şəhərində universitetin dayanacağında avtomobil partlayıb
Ekvadorda universitetin dayanacağında avtomobil partlayıb

Bakı. Trend:

Ekvadorun Quayakil şəhərində universitetin dayanacağında avtomobil partlayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Ekvadorun daxili işlər naziri Mariya Paula Romo öz "Twitter" səhifəsində yazıb.

P.Romo bildirib: "Partlayıcı qurğunun işə düşməsindən sonra Quayakil şəhərinin universitetinə polis əməkdaşları cəlb edilib. Mən rektor və avtomobilin sahibi olan professorla danışmışam. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Günahkarları tapmayana qədər biz sakitləşməyəcəyik".

"Comercio" portalının məlumatına əsasən, "Ford" markalı avtomobil bədən tərbiyəsi fakültəsinin yaxınlığında partlayıb. Hazırda hadisə yerində ekspertlər çalışır. Partlayış nəticəsində yaxınlıqdakı digər avtomobilə zərər dəyib.

Xəbər lenti

Xəbər lenti