...

NASA-nın rəhbəri: Kosmosda əməkdaşlıq ABŞ və Rusiya arasında qarşılıqlı fəaliyyət üçün müsbət kanaldır

Dünya xəbərləri Materials 15 May 2019 07:25 (UTC +04:00)
Kosmosda əməkdaşlıq ABŞ və Rusiya arasında qarşılıqlı fəaliyyət üçün müsbət kanaldır
NASA-nın rəhbəri: Kosmosda əməkdaşlıq ABŞ və Rusiya arasında qarşılıqlı fəaliyyət üçün müsbət kanaldır

Bakı. Trend:

Kosmosda əməkdaşlıq ABŞ və Rusiya arasında qarşılıqlı fəaliyyət üçün müsbət kanaldır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunuABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) rəhbəri Ceyms Braydenstayn deyib.

C.Braydenstayn bildirib:"Biz kosmosa yollananda Yerdəki mövcud fikir ayrılıqları aradan qalxır. Mən düşünürəm ki, bu hər iki ölkə üçün qarşılıqlı fəaliyyətin müsbət kanalıdır".

NASA-nın rəhbəri qeyd edib ki, biz qəsdən hərbi əməliyyatların keçirilməsində iştirak etmirik, çünki bütün dünyada əməkdaşlarımızın olmasını istəyirik: "Biz "Apollon" proqramı vaxtlarından Rusiya ilə əməkdaşlıqda maraqlıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti