...

Omanlı nazir: İranla mübahisələr "OPEC" çərçivəsində əməkdaşlığa neqativ təsir göstərə bilər

Dünya xəbərləri Materials 20 May 2019 02:26 (UTC +04:00)
İranın qonşu ölkələrlə mübahisələri "OPEC" daxilində əməkdaşlığa neqativ təsir göstərə bilər
Omanlı nazir: İranla mübahisələr "OPEC" çərçivəsində əməkdaşlığa neqativ təsir göstərə bilər

Bakı. Trend:

İranın qonşu ölkələrlə mübahisələri "OPEC" daxilində əməkdaşlığa neqativ təsir göstərə bilər.

Trend-in məlumatına görə, bunu Omanın neft-qaz naziri Məhəmməd Əl-Rumhi jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib: "Mən İran "OPEC"i tərk edə bilər deməmişım. Mən demişəm ki, əgər İran və onun qonşuları arasında mübahisələr böyüyərsə, bu "OPEC" daxilində əməkdaşlığa neqativ təsir göstərə bilər. Çünki ölkələr bir biri ilə yola getmirsə, bu əməkdaşlığın xeyrinə deyil".

Qeyd edək ki, daha əvvəl "Bloomberg" agentliyi Omanın neft-qaz nazirinə istinadən bildirib ki, İran "OPEC"i tərk edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti