...

İndoneziyada prezident seçkilərində qalib müəyyənləşib

Dünya xəbərləri Materials 21 May 2019 03:53 (UTC +04:00)
İndoneziyanın hazırkı prezidenti Coko Vidodo ölkədə keçirilən prezident seçkilərində qalib gəlib.
İndoneziyada prezident seçkilərində qalib müəyyənləşib

Bakı. Trend:

İndoneziyanın hazırkı prezidenti Coko Vidodo ölkədə keçirilən prezident seçkilərində qalib gəlib.

Trend-in məlumatına görə, bunu İndoneziyanın Mərkəzi Seçki Komissiyasının başçısı bəyan edib.

Vidodo ikinci dəfə ölkəyə başçılıq edəcək. Məlumata əsasən, o, 55,5 faiz səs toplayıb, onun yeganə rəqibi - müxalif namizəd Prabovo Subianto isə 44,5 faiz səs toplaya bilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti