...

Gürcüstanda böyük bazarda yanğın lokallaşdırılıb

Dünya xəbərləri Materials 7 İyun 2019 04:38 (UTC +04:00)

İlk xəbər saat 02:42-də yayımlanıb

Bakı. Trend:

Gürcüstanın Tbilisi şəhərinin böyük bazarı Liloda baş verən yanğın 20 nəfər yanğınsöndürmə briqadalrı və xilasetmə xidmətləri tərəfindən lokallaşdırılıb.

Trend-in məlumatına görə, yanğının səbəbləri məlum deyil.

Hadisə zamanı xəsarət alan olmayıb.

XXX

02:42

Gürcüstanın böyük bazarında Liloda yanğın baş verib.

Trend-in məlumatına görə, 14 yanğınsöndürmə briqadası yanğını lokallaşdırmağa çalışıb.

Deyilir ki, "çin bazarı" adlanan ərazi yanıb. Yanğının nə qədər sahəni əhatə etdiyi barədə məlumat verilmir.

İlkin məlumata görə, yanğın nəticəsində xəsarət alan yoxdur. İnsanlar öz mallarını çıxarmağa çalışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti