...

Türkiyə SQ İraqın şimalında PKK terrorçularının sığınacaqlarını məhv edib

Dünya xəbərləri Materials 10 İyun 2019 02:40 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında PKK terrorçularının sığınacaqlarını aşkar edib məhv ediblər
Türkiyə SQ İraqın şimalında PKK terrorçularının sığınacaqlarını məhv edib

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında PKK terrorçularının sığınacaqlarını aşkar edib məhv ediblər.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, Hakurk bölgəsində keçirilən əməliyyat zamanı terrorçular tərəfindən partlayıcı qurğuları hazırlamaq məqsədilə istifadə edilən sığınacaq və mağaraları aşkarlayıb məhv ediblər.

Xatırladaq ki, mayın 28-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda irimiqyaslı əməliyyata başlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti