...

Çində leysan 5 nəfəri öldürdü, 1 nəfəri itkin saldı

Dünya xəbərləri Materials 10 İyun 2019 12:56 (UTC +04:00)

Bakı. Trend:

Çinin cənubunda leysan yağışları dağıntı və insan tələfatına səbəb olub. Trend-in məlumatına görə, Quansi-Çjuan muxtar rayonunda aramsız yağışlar nəticəsində 5 nəfər ölüb, 1 nəfərin isə itkin düşdüyü bildirilir.

Ümumilikdə təbii fəlakət zonasında 180 min yerli əhalinin qaldığı deyilir. 8 min sakin təhlükəsiz yerlərə təxliyə edilib.

Leysan yağışlar 5 min hektar kənd təsərrüfatı ərazisini də məhv edib, rayonun elektrik təchizatına və yol infrastrukturuna ziyan vurub. Bir neçə körpü dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti