...

Britaniya sakini lotereyada 123 milyon funt sterlinq udub

Dünya xəbərləri Materials 12 İyun 2019 07:11 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniya sakini EuroMillions lotereyasında 123 milyon funt sterlinq (156 milyon dollar) qazanıb və ölkədə üçüncü ən böyük uduşun sahibi olub.

Trend-in məlumatına görə, bu barədə "Mirror" qəzeti yazıb.

Məlumata əsasən, qalib beş əsas nömrələri və iki "şanslı ulduzu" tapa bilib.

Qeyd edək ki, birinci EuroMillions lotereyası 13 fevral 2004-cü ildə üç ölkədə - Fransa, İslandiya və Böyük Britaniyada keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti