...

Suriyanın Hələb şəhəri və iki vilayəti atəşə tutulub

Dünya xəbərləri Materials 14 İyun 2019 01:20 (UTC +04:00)
Suriyanın Xama və Latakiya vilayətlərində, eləcə də Hələb şəhərində qeyri-qanuni silahlı qruplar tərəfindən atəşkəsin pozulması qeydə alınıb
Suriyanın Hələb şəhəri və iki vilayəti atəşə tutulub

Bakı. Trend:

Suriyanın Xama və Latakiya vilayətlərində, eləcə də Hələb şəhərində qeyri-qanuni silahlı qruplar tərəfindən atəşkəsin pozulması qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.

V.Kupçişin qeyd edib: "Ötən sutka ərzində silahlılar Latakiya vilayətinin Şmaysa, Qastal-Əl-Borc, Nəxşebba, Ayn-Əl-Kantara və Mamuxiya yaşayış məntəqələrini, Xama vilayətinin Xamamiyat (iki dəfə), Suran, Şeyx-Xadit, Qara-Curn yaşayış məntəqələrini, həmçinin Hələb şəhərinin ətrafındakı yaşayış məntəqələrini atəşə tutublar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti