...

Böyük Britaniyanın ən yaşlı sakini vəfat etdi - 113 yaşında

Dünya xəbərləri Materials 14 İyun 2019 14:53 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyanın ən yaşlı sakini vəfat edib.

Trend-in məlumatına görə, Liverpul sakini Qreys Cons 113 yaşında dünyasını dəyişib.

Qreys Cons 1906-cı ilin sentyabrında anadan olmuşdu.

O, ötən ilin avqustunda, 114 yaşlı Oliv Bor vəfat etdikdən ölkənin ən yaşlı sakini olmuşdu.

İndi Böyük Britaniyanın ən yaşlı sakini 111 yaşlı Doroti Peyn olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti