...

Husilərin dronları Səudiyyə Ərəbistanında iki hava limanına hücum edib

Dünya xəbərləri Materials 16 İyun 2019 03:30 (UTC +04:00)
Yəmənin "Ənsar Allah" hərəkatından olan üsyançılar-husilər tərəfindən buraxılmış pilotsuz uçuş aparatları Abha və Cizan aerodromlarına hücum edib
Husilərin dronları Səudiyyə Ərəbistanında iki hava limanına hücum edib

Bakı. Trend:

Yəmənin "Ənsar Allah" hərəkatından olan üsyançılar-husilər tərəfindən buraxılmış pilotsuz uçuş aparatları Səudiyyə Ərəbistanında yerləşən Abha və Cizan aerodromlarına hücum edib.

Trend-in məlimatına görə, bu barədə "Saba Net" xəbər verib.

Məlumata əsasən, hücumlar, Ər-Riyadın rəhbərlik etdiyi koalisiyanın Taiz əyalətində yerləşən kəndlərə endirilən zərbələrə cavab olaraq edilib.

İyunun 12-də husilər Abha şəhərinin aerodromunu raket atəşinə tutublar, nəticədə 26 nəfər xəsarət alıb. İyunun 14-də "Ənsar Allah" hərəkatının tərəfdarları insansız, pilotsuz uçuş aparatları vasitəsi ilə Abhaya hücum edib, lakin Krallığın hava müdafiə sistemi və hava qüvvəsi dronların beşini dəf edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti