...

Türkiyə SQ İraqın şimalında 51 terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 16 İyun 2019 08:40 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında yerləşən Hakurk rayonunda daha 2 PKK terrorçusunu zərərsizləşdiriblər
Türkiyə SQ İraqın şimalında 51 terrorçunu zərərsizləşdirib

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında yerləşən Hakurk rayonunda daha 2 PKK terrorçusunu zərərsizləşdiriblər.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, əməliyyat çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 51-ə çatıb.

Xatırladaq ki, mayın 28-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda irimiqyaslı əməliyyata başlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti